Rusiya Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşünü dəstəkləyirbackend

Rusiya Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşünü dəstəkləyir.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“İnanırıq ki, Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşü öz məqsədinə çatıb”, – M. Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, görüşdə həssas humanitar mövzularda, o cümlədən saxlanılanların qaytarılması, Ermənistanın minalanmış ərazilərin xəritələrini təhvil verməsi kimi mövzularda konstruktiv dialoq əhval-ruhiyyəsi hökm sürüb.

Qeyd edək ki, ötən həftə Moskvada Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşü keçirilib.