Rusiya Azərbaycan və Ermənistana çağırış etdibackend

Moskva Bakı və İrəvanı gərginliyi azaltmağa çağırır.

“Yeni Gundem” xəbər verir ki,Rusiya Xarici İşlər Nazirliyi Qarabağda gərginliyin artması ilə bağlı ciddi narahatlığını ifadə edir. Son bir neçə gün ərzində atəşkəs rejiminin dəfələrlə pozulması halları qeydə alınıb. Martın 5-də həm Ermənistan, həm də Azərbaycan tərəfdən itkilərlə nəticələnən silahlı insident baş verib.

“Biz tərəfləri təmkinli olmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırırıq. Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının Qarabağda tam atəşkəs və bütün hərbi əməliyyatlar haqqında müddəalarına ciddi əməl etməyin zəruriliyini bir daha təsdiq edirik”.

Fərahim Rəhimov