Rusiya Azərbaycanla Ermənistanı delimitasiyaya başlamağa çağırdıbackend

“Son hadisələr Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası prosesinə tez bir zamanda başlanmasının vacibliyini təsdiq edir”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibət bildirən Rusiya XİN rəsmisi tərəfləri təmkinli olmağa çağırıb.

“Rusiya vasitəçilik səylərini davam etdirir. Rusiya vəziyyətin dinc müstəviyə keçməsi üçün tərəflərlə təmasdadır”, – M. Zaxarova vurğulayıb.