Rusiya Azərbaycanla sərhəddə hərbi baza qurur? – Şok açıqlamabackend

“İrəvan və Moskva 102-ci Rusiya hərbi bazasının müəyyən birləşməsinin Ermənistanın şərqində yerləşdirilməsi mümkünlüyünü araşdırır”.

Bunu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan deyib.

“Rusiya hərbi bazasınının hər hansı hərbi birləşməsinin Ermənistanın şərq istiqamətində yenidən yerləşdirilməsinin mümkünlüyündən danışa bilərik və bu kontekstdə birgə araşdırma aparılır”, – Arutyunyan söyləyib.

Nazir Ermənistandakı rus sərhədçilərinə əlavə xidməti vəzifələrin verildiyini də bildirib: “Rusiya sərhədçilərinə Ermənistan Respublikasının Azərbaycanla sərhədlərinin təhlükəsizliyini və qorunmasını təmin etmək üçün əlavə vəzifələr verilib”.Teleqraf