Rusiya bir gündə 8 nəfər koronavirusdan öldübackend

Rusiyada son sutkada 8 nəfər koronavirusdan ölüb.

“Yeni Gündəm” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Qərargahdan bildirilib ki, ölümlərin 5-i Moskvada qeydə alınıb və ümumilikdə ölkədə virusdan ölənlərin sayı 17-yə çatıb.

Məlumatda həmçinin vurğulanıb ki, koronavirusa yoluxmuş 55 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 788 000-ü ötüb. Bunların 166 424 nəfəri sağalıb, 37 877 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.