Biz görürük ki, Rusiya daha böyük müharibəyə hazırlaşır.
“Yeni Gundem” xarici KİV- ə istinadən xəbər verir ki,bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, Rusiya Ukrayna qoşunları ilə təmas xəttinə çoxlu qüvvə yığır: “Rusiya Ukraynada, xüsusilə Baxmut istiqamətində yeni hücuma hazırlaşır. Rusiyada daha çox qoşun səfərbər edilir, silah istehsalı artırılır. Moskvanın İran və Şimali Koreya kimi avtoritar dövlətlərlə əlaqələrini gücləndirməsini də görürük”.
Y.Stoltenberq söyləyib ki, NATO-nun məqsədi Ukraynanın qələbə qazanmasını təmin etməkdir: “Müharibə danışıqlar masası arxasında bitməlidir. Bizim vəzifəmiz Ukraynanı dəstəkləməkdir. Çünki bilirik ki, danışıqlar birbaşa döyüş meydanındakı durumla bağlıdır. Əgər biz Ukraynanın sülh yolu ilə qalib gəlməsini istəyiriksə, bunun ən yaxşı yolunun Kiyevə hərbi dəstək vermək olduğunu bilməliyik”-deyə o qeyd edib.
Fərahim Rəhimov