Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin kompleks sağlamlaşmasının tərəfdarıdırbackend

“Cənubi Qafqazdakı vəziyyət hər zaman Rusiyanın diqqət mərkəzindədir. Əlbəttə ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr üçtərəfli razılaşmasının həyata keçirilməsi sözsüz prioritetdir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Bakı və İrəvanla yüksək və ali səviyyədə təmasların müntəzəm davam etdiyini söyləyib.

M. Zaxarova Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin kompleks sağlamlaşmasının tərəfdarı olduğunu vurğulayıb.APA