Rusiya G20 ilə qarşı-qarşıyabackend

Noyabrın ortalarında İndoneziyanın Bali şəhərində G20 ölkələri üz-üzə gələcəklər.

“Yeni Gundem” dünya mətbuatına istinadən xəbər verir ki, görüşdə ölkələr ciddi problemlə qarşılaşacaqlar.

Bununla bağlı Hindistanın “Print” internet saytı  “G20-nin fikir ayrılığı sözləri və hərəkətləri çətinləşdirir” başlıqlı məqalə dərc edib.

Məqalədə ABŞ liderinin və Qərb ölkələrinin Rusiyanın G20 -dən kənarda qalmasına çağırdığı fikirlər əksini tapıb.

“Bu il G20 üzvləri arasında ən parlaq fikir ayrılığı onların Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeləri olub. ABŞ prezidenti Co Bayden başda olmaqla Qərb ölkələri dəfələrlə Ukraynanın iştirakını dəstəkləyərək Rusiyanın G20 sammitindən kənarda qalmasına çağırıblar.”

Məqalədə digər yazılan məsələ ABŞ və Səudiyyə Ərəbistanı arasında yaranacaq qarşıdurmadır .

Məsələ ilə bağlı məqalədə yazılır:

“ABŞ və OPEC+, xüsusən də Səudiyyə Ərəbistanı arasında qarşıdurmadır. Bayden, Səudiyyə Ərəbistanının keçən ayın əvvəlində rədd edilməsində əsas rol oynadığı bir tələb olan yüksələn xam neft qiymətlərinin təzyiqini azaltmaq üçün OPEC+-ın neft hasilatını artırmasını israr etdi.Nəticədə gərginliyin daha da güclənəcəyi gözlənilir.”

Xatırlatmaq yerinə düşər ki ,G20 26 sentyabr 1999-cu ildə G7 maliyyə nazirlərinin iclasında rəsmi olaraq təsis edilib. Qrup 19 ölkəni və Avropa İttifaqını təşkil edir.

Fərahim Rəhimov

Yenigundem.az