“Rusiya hərbçilərinin Qarabağda qalma müddəti 2025-ci ildə bitir, bunu tez-tez rusiyalı rəsmilərin diqqətinə çatdırmaq lazımdır” – Elxan Şahinoğlubackend

“Moskvadan Xankəndinə köçən və separatçıların “baş nazir” postuna yiyələnən erməni milyarder Ruben Vardaynanın Rusiyanın “Kommersant” qəzetinə müsahibəsi o qədər genişdir ki, məşhur qəzetin müxtəlif dövlətlərin liderlərindən bu böyüklükdə müsahibə yayımladığını xatırlamıram. Ruben Vadyanyanın geniş müsahibəsini qısaca belə xarakterizə etmək mümkündür. Birincisi, “Qarabağın “statusu” müəyyənləşməyənə qədər rusiyalı hərbçilər bölgəni tərk etməməlidirlər”. İkincisi, “rəsmi Bakı Qarabağın erməni əhalisi ilə təmaslara başlamalıdır”. Üçüncüsü “iki xalqın qonşu kimi yaşamasının formulu tapılmalıdır”. Müsahibədən o da aydın olur ki, Ruben Vardanyan müharibədən qorxur və müsahibədə müharibə adamı olmadığını nümayiş etdirir. Ruben Vardanyan Soçi görüşündə Qarabağın adının çəkilməməsindən məyusluğunu da ifadə edib”.

“Yeni Gundem”-in xəbərinə görə, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

“Ruben Vardanyanın Xankəndinə köçməsi Kremlin layihəsidir. Bunu geniş müsahibədən də aydınlaşdırmaq olar. Kreml bizə belə bir mesaj göndərir: “Ruben Vardanyan Azərbaycana qarşı müharibələrdə iştirak etməyib, əgər rəsmi Bakı Araik Arutunyanla görüşmək istəmirsə, Vardanyanla görüşə heç nə mane olmur”. Kreml Vardanyanın dili ilə bizə başqa bir mesaj da göndərir: “Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmaq lazımdır”. Azərbaycan rəsmilərinin Ruben Vardanyanla görüşü istisna olunur. Bu ancaq Vardanyanın Azərbaycan qanunlarına tabe olması halında mümkündür. O isə Azərbaycan ərazisində qanunlarımıza tabe olmaq istəmir. Rusiya hərbçilərinin Qarabağda qalma müddəti 2025-ci ildə bitir, bunu tez-tez rusiyalı rəsmilərin diqqətinə çatdırmaq lazımdır. Bu həm də ona görə tez-tez təkrarlanmalıdır ki, Ruben Vardanyan və Qarabağdakı digər ermənilər rusiyalı hərbçilərə arxayın olmasınlar” – E.Şahinoğlu qeyd edib.