Rusiya ilə bağlı qorxulu xəbər açıqlandıbackend

Danimarka Müdafiə Kəşfiyyat Xidməti “Forsvarets Efterretningstjeneste” tərəfindən hazırlanan hesabatda İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün yaratdığı təhlükələr sadalanıb.Hesabatda dünyaya xəbərdarlıq edilib ki, “Putin İsveç və Finlandiyadakı hədəflərinə birbaşa nüvə silahından istifadə təhlükəsini artıracaq”.Rusiya ilə Ukrayna arasında davam edən müharibənin digər ölkələrə necə təsir edəcəyi maraq mövzusu olaraq qalır. Danimarka Kəşfiyyat Xidməti də bu suala cavab vermək üçün ətraflı hesabat hazırlayıb.

“Yeni Gundem” xəbər verir ki, hesabatda Rusiyanın uzunmüddətli və qısamüddətli planları araşdırılarkən Rusiyanın əsas məqsədinin NATO qüvvələrini Rusiya sərhədinə yaxın bölgələrdən çıxarmaq olduğu bildirilib.

İsveç və Finlandiyanın Rusiya ilə çox geniş sərhədi olduğu vurğulansa da, bu iki ölkənin NATO-ya üzv olmaq üçün müraciət etməsinin Putinin fikrini dəyişməyəcəyi bildirilib.
“NÜVƏ SİLAHI TƏHLÜKƏLƏRİNİ ARTIRIN”
“İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciəti Rusiyanın Baltik dənizi regionunda daimi hərbi mövcudluğunu gücləndirməsi demək olacaq”, – hesabatda deyilir. Digər tərəfdən, hesabatda Putinin gələcəkdə İsveç və Finlandiyaya daha ciddi təhdidlər edəcəyi proqnozlaşdırılır. “Putin İsveç və Finlandiyadakı hədəflərinə birbaşa nüvə silahından istifadə ilə bağlı təhdidləri artıracaq”, – hesabatda deyilir.

Ayşən