Rusiya istənilən halda oradakı məqsədinə çatacaq” – Peskovbackend

“Kiyevin silahla təchiz olunması Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının gedişatını dəyişmir. Rusiya istənilən halda oradakı məqsədinə çatacaq”.

“Yeni Gündəm” “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Ukraynanı ən müasir silahlarla təchiz etməyə davam edirlər. Bu silahlardan bizim ərazimizdə istifadə olunmağa başladığı zaman baş verə biləcək arzuolunmaz və xoşagəlməz hallardan danışmaq istəmirəm. Bu, vəziyyəti əlverişsiz istiqamətdə əhəmiyyətli dərəcədə dəyişəcək.” – Peskov Ukraynaya silah tədarükünü və onların Rusiya və Rusiya ordusuna qarşı istifadə imkanlarını şərh edərkən bildirib.