Rusiya koronavirusa qarşı dərman hazırladığını elan etdibackend

Rusiya Federal Biomedikal Agentliyi (FMBA) yeni növ koronavirusu müalicə edəcək dərmanı əldə etdiklərini açıqlayıb.

“Yeni Gündəm” “Sputnik Rusiya”ya istinadən xəbər verir ki, FMBA yeni dərmanın malyariya əleyhinə istifadə edilən meflokin tərkibli olduğunu bildirib. Agentliyin tərkibinə daxil olan “Farmzashchita” araşdırma mərkəzi dərmanı hazırlayarkən Çinin və Fransanın təcrübələrindən istifadə edildiyini bildirib.

Qeyd edilib ki, hazırlıq işləri tamamlanan dərman gələcəkdə də virusun yayılmasının qarşısını ala biləcək.