Rusiya ordusu Ukraynanın Luqansk vilayətini yenidən hədəfə alıb. Hücum nəticəsində bir çox mülki yaşayış məntəqəsi zərər görüb, 13 mülki vətəndaş həyatını itirib.
“Yeni Gündəm” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Luqansk qubernatoru Sergey Qayday sosial media hesabında paylaşım edib.
“Düşmən Lisiçansk və Severodonetsk yaxınlığında hücumlarını davam etdirir. Severodentskdə 12 mülki, Hirskedə 1 olmaqla, 13 mülki vətəndaşımız həyatını itirib” ,- paylaşımda deyilir.