Rusiya MN-dən vaksinasiya açıqlaması – Fotolarbackend

Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri Dağlıq Qarabağda “Sputnik-V” peyvəndinin ikinci komponenti ilə hərbçilərin peyvəndlənməsinə başlayıblar.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, peyvəndi ilk alan Rusiya sülhməramlı kontingent komandanlığının nümayəndələri, həmçinin Xankəndidə yerləşən tibb hissələrinin hərbçiləri olub. Gələcəkdə təsdiqlənmiş cədvələ uyğun olaraq səyyar tibb qrupları 27 müşahidə məntəqəsində sülhməramlı kontingentin işçilərini peyvənd edəcəklər.

Ümumilikdə, təxminən 2 min doza peyvənd Dağlıq Qarabağa çatdırılıb. Bu sayın sülhməramlıların bütün heyətini əhatə etmək üçün kifayət olduğu bildirilib. Vaksin peyvəndin təhlükəsizliyini təmin edən xüsusi istilik qablarında çatdırılır.

Peyvəndlənmə başa çatdıqdan sonra bütün hərbi qulluqçular “Sputnik-V” peyvəndinin birinci və ikinci komponentlərinin tətbiqi tarixlərini göstərən profilaktik peyvənd sertifikatı alacaqlar.

image-rusiya-sulh image-peyvend-rus image-rusiya