Rusiya Müdafiə Nazirliyi BƏYANAT verdi- Qarabağda atışma…backend

Hərbi əməliyyatların bitməsindən və bölgədə Rusiya sülhməramlılarının əməliyyatının başlanmasından bəri Dağlıq Qarabağda ilk dəfə atəşkəs pozulub.

“Yeni Gündəm”in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

“Rusiya sülhməramlı qüvvələri kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir. İyirmi üç müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. 11 dekabrda Hadrut bölgəsində atəşkəs rejiminin pozulması hadisəsi qeydə alınıb​​”, – açıqlamada deyilir.