Rusiya – NATO müharibəsi buradan başlanacaqbackend

Suvalski dəhlizi hipotetik olaraq ən təhlükəli ərazidir. Məhz o, Şimali Atlantika Alyansı ilə müharibə təqdirində Rusiya hakimiyyətinin ilk hədəfinə çevrilə bilər.

“Yeni Gündəm” bu barədə “Politico”ya istinadən yazır. “Litvanın cənub-şərq sərhəddində yerləşən Druskininkay şəhəri “Suvalki boşluğu” kimi tanınan dar bir strateji əraziyə baxır. Qərb hərbi planlaşdırıcıları xəbərdarlıq edirlər ki, Rusiya prezidenti nə vaxtsa Ukraynaya qarşı müharibəni NATO ilə birbaşa toqquşmaya çevirmək istəsə, bu ərazi onun ilk hədəflərindən biri olacaq”, – mesajda deyilir. Jurnalistlərə görə, Moskva Kalininqrada quru dəhlizi yaratmağa cəhd edə bilər ki, bu da nüvə silahından istifadə etməklə Avropa dövlətləri arasında genişmiqyaslı müharibəyə təkan verə bilər.

Qeyd edək ki, uzunluğu təxminən 100 km olan Suvalski dəhlizinin adını 2015-ci ildə Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves verib. Onun fikrincə, bu bölmə ona görə təhlükəlidir ki, Rusiya tərəfindən ələ keçiriləcəyi təqdirdə Baltikyanı ölkələrlə bütün əlaqələr kəsiləcək. Xəbər verildiyi kimi, iyunun 18-dən Litva Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının əsas ərazisi arasında sanksiyaya məruz qalmış yüklərin tranzitini dayandırıb. Rusiya buna artıq reaksiya verib və bəyan edib ki, bu qadağa “çox sərt və tamamilə qanuni hərəkətlər üçün əsas ola bilər”. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya nümayəndələrinin təhdidləri ilə əlaqədar Litvanın müdafiə edib.