Rusiya neftinin Ukrayna ərazisindən nəqli qismən dayanıbbackend

Fevralın 24-dən etibarən Rusiya-Ukrayna müharibəsinin davam etməsi fonunda bir çox bölgədə fasilələr yaranıb.

“Yeni Gündem” “Haberturk”ə istinadən bildirir ki, Rusiyanın neft boru kəməri operatoru “Transneft” Rusiya neftinin Ukrayna üzərindən Avropaya daşınmasının qismən dayandırıldığını açıqlayıb.

Açıqlamaya görə, Ukrayna üzərindən Avropaya neft daşıyan “Drujba” xəttinin daşınması qismən dayandırılıb. Həmçinin Macarıstana daşımaların tamamilə dayandırıldığı, Slovakiyadakı neft anbarları sayəsində Çexiya və Slovakiyaya daşımaların davam etdiyi bildirilib.

Qeyd edək ki, Ukrayna texniki səbəblərə görə noyabrın 15-də “Drujba” vasitəsilə daşımaları tamamilə dayandırıb, ertəsi gün isə onu bərpa edib.

Gülşən

Yenigundem.az