Rusiya Norveçlə nüvə təhlükəsizliyi sahəsində əməkdaşlığı dayandırıbbackend

Rusiya bu həftə Norveçlə nüvə təhlükəsizliyi sahəsində təxminən 30 illik əməkdaşlığına son qoyub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Rusiyanın “Rosatom” Dövlət Korporasiyası məlumat yayıb.

Bildirilib ki, Norveç bu prosesdə nüvə tullantılarının yerləşdiyi ərazilərin təhlükəsizliyini təmin etmək, nüvə enerjisi ilə işləyən buzqıran gəmiləri və nüvə obyektlərini daha təhlükəsiz etmək üçün Rusiyaya 2 milyon avro ayırıb. Lakin Norveç yaxın vaxtlara qədər Oslo tərəfindən maliyyələşdirilən layihədə artıq iştirak etməyəcək.

Xatırladaq ki, Rusiyanın fevralın 24-də yenidən Ukraynaya daxil olmasından sonra Norveç Rusiyaya nüvə təhlükəsizliyi layihələrini maliyyələşdirməyi dayandıracağını, lakin fövqəladə vəziyyətdə əlaqələrinin davam etdirəcəyini bildirmişdi. Rusiya Norveçlə əməkdaşlığa son qoymasının əsas səbəbi kimi bunu göstərib.

Qeyd edək ki, Rusiya və Norveç birgə sahilə çıxdıqları Barents dənizini nüvə sızmasından qorumağa çalışırdılar.