Rusiya qüvvələri bu gün səhər saatlarında Xersonun mərkəzini atəşə tutub, nəticədə 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
“Yeni Gundem” Ukrayna mətbuatına istinadən xəbər verir.
“Diqqət! Xersonun mərkəzi bombalanır, sığınacaqlarda qalın!”, – deyə Xerson rayonunun hərbi administrasiyasının rəsmisi Aleksandr Prokudin bildirib.
Aleksandr Prokudin Rusiyanın bombardmanının nəticələrini əks etdirən foto dərc edib və işğalçıların vurduğu yerin yaxınlığında bir dənə də olsun hərbi obyektin olmadığını qeyd edib.
Fərahim Rəhimov