“Rusiya Qafqazda balansı saxlamaq üçün prosesə müdaxilə etməsəydi Azərbaycan Xankəndini almaq üzrə idi“ – Nəzakət Məmmədovabackend

Sentyabrın 13-də Moskvada böyük bir konfrans keçirildi. Ermənistandan da nümayəndələr iştirak edirdilər. Onlar konfrans zamanı əsassız yerə son hadisələrdə Azərbaycanı günahlandırmağa başladılar, Rusiyanı isə müttəfiq Ermənistanı Azərbaycanın qarşısında müdafiəsiz buraxmaqda ittiham etdilər. Təbii ki, tədbirdə iştirak edən Rusiya alimləri, politoloqları ermənilərin cavabını lazımı şəkildə verdilər. Lakin onlar hər zaman olduğu kimi hay-küy, qışqır-bağırla qarşıdakıları borclu çıxarmağa çalışırdılar. Ermənilərin əsas qondarma iddiaları bundan ibarət idi ki, Rusiya Azərbaycana şərait yaradır ki, o, Ermənistana hücum etsin, guya bizim ölkəmiz mülki əhalini öldürür, KTMT Ermənistana kömək etmir, Rusiyanın səssizliyi nəticəsində Türkiyə Qafqazda əsas rol oynayan dövlətə çevrilib, Azərbaycan Rusiyanın Ukraynada başının qarışmasından istifadə edib status kvonu dəyişməyə çalışır, baxmayaraq ki, Azərbaycan Rusiya ilə tərəfdaş, Ermənistan isə müttəfiqdir, amma o, Azərbaycana da silah verir, guya prezident İlham Əliyev deyib ki, bizim üçün əsas Brüssel formatıdır və s. Bizim cavabımız isə bundan ibarət oldu ki, Azərbaycan heç kəsi öldürmür, bu, tamamilə iftiradır.

Bu sözləri “Yeni Gundem”– ə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirib .

Politoloq konfransda baş verən erməni hücumu ilə bağlı açıqlama verib
“Azərbaycan prezidenti İlham Əliyev cənabları heç vaxt Brüssel formatının əsas olduğunu deməyib, əksinə, 10 noyabr sazişinə imza atmaqla Rusiyanın vasitəçi dövlət olaraq imzasına həmrəylik göstərib. Azərbaycan da artıq Rusiyanın müttəfiqidir. Həm də bu müqavilənin 22 fevralda – Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ərəfəsində imzalanması böyük tarixi əhəmiyyət kəsb edir. Digər tərəfdən, Ermənistan unutmasın ki, Rusiya Qafqazda balansı saxlamaq üçün prosesə müdaxilə etməsəydi, Azərbaycan Xankəndini almaq üzrə idi. Rusiya Ermənistana silahı daxili bazar qiyməti ilə güzəştli verir, Azərbaycana isə satır. Əgər Cənubi Qafqazın silah bazarı Rusiyanın nəzarətində olmasa, burada vəziyyət daha gərgin olar. Necə ki, Con Bolton regiona səfəri zamanı bir neçə il öncə tərəflərə silah satmağı təklif etmişdi. Ermənistan 10 noyabr sazişinin müddəalarına əməl etmədiyi üçün Azərbaycan onu sülhə məcbur etməyə çalışır. Son hadisə isə Ermənistanın tğxribatçı hərəkətlərinə görə baş verib. Silahlı toqquşma Azərbaycanın beynəlxalq tanınmış sərhədlərinin çərçivəsində aparıldığından KTMT prosesə müdaxilə edə bilməz. Rusiya prezidenti Putin dəfələrlə bəyan edib ki, “Qarabağ Azərbaycan ərazisidir”. Münaqişənin ən optimal həlli sərhədlərin köhnə sovet xəritələri əsasında həll olunub, region ölkələrinin Avrasiya strukturlarına inteqrasiyasıdır. Bundan başqa, Ermənistanın Soros Fondu və bəzi digər Qərb təşkilatları ilə geniş əməkdaşlığı tənqid olundu, bu, həm də antirusiya fəaliyyəti kimi qiymətləndirildi, Azərbaycanın isə 2014-cü ildən bu təşkilatla əməkdaşlığa son qoyması qeyd edildi. Ermənilər etiraz etmək istəsə də, Rusiya tərəfi onları lazımi şəkildə susdurdu. Bədnam qonşularımızın növbəti hay-küy, təxribat cəhdlərinin qarşısı elə Rusiya tərəfindən olan vicdanlı insanların müdaxiləsi nəticəsində alındı. Müşahidələrim onu deməyə əsas verir ki, artıq Rusiya da ermənilərin əlindən təngə gəlib. Onların əsl xislətini yaxşı tanıyırlar. Sadəcə, başa düşür ki, Ermənistanı özbaşına buraxsa, o, Qərbi gətirib regiona soxacaq və burada Rusiya əleyhinə təxribatçı əməllərə şərait yaradacaq. Mən və digər iştirakçılar bildirdik ki, ən böyük ABŞ səfirliyi Ermənistandadır, onun da yarısı Amerikalı agentlərdir. Belə olan halda, Ermənistanın Rusiyaya münasibətdə səmimi müttəfiqliyimdən söhbət gedə bilməz. Ermənilər Azərbaycanlıların Rusiyanın Ukraynada uduzmasını arzuladığını bildirdilər. Biz isə qeyd etdik ki, faktiki illərdir ki, Ermənistanda mütəmadi olaraq Rusiya əleyhinə mitinqlər keçirilir. Azərbaycanda isə belə hal yoxdur. 10 noyabr sazişinə qarşı çıxan da Azərbaycanlılar yox, ermənilərdir, biz öz ölkə başçımıza inanırıq və onun imzaladlğı sənədlərə hörmətlə yanaşırıq.”