“Rusiya Qarabağın Azərbaycan olduğunu tanıyır“backend

Rusiyalı ictimai xadim, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru  Sergey Markov  Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və eyni zamanda Cənubi Qafqazdakı son hadisələri şərh edərkən maraqlı faktlara və məqamlara toxunub .

“Yeni Gundem” Caliber-ə istinadən xəbər verir ki, Rusiyalı politoloq bildirib ki, Rusiya Ermənistana Azərbaycanla danışıqlar masasına oturmağı tövsiyə edir:

“Bu, Nikol Paşinyanın İrəvanda keçirilən KTMT sammitində kobud demarşından sonra baş verib. Rusiyanın Alma-Ata Bəyannaməsinə qəti sadiqliyi və İrəvana bu sənədə ciddi əməl etməyi tövsiyə etməsi açıq şəkildə göstərir ki, Rusiya Qarabağın Azərbaycan olduğunu tanıyır. Və Ermənistan rəhbərliyinə Fransa ilə flört etmək əvəzinə, vəziyyəti sabitliyi pozmaq üçün Parisi Cənubi Qafqaza sürükləmək əvəzinə, Fransa qoşunlarının Qarabağda olmasına səmərəsiz ümidlər əvəzinə, tezliklə Azərbaycanla danışıqlar masasına oturmağı tövsiyə edirlər. Mümkündür. Qarabağın Azərbaycana tam inteqrasiyasının formatlarını, şərtlərini, mərhələlərini razılaşdırmaq üçün ciddi, mahiyyətcə danışıqlar aparmaq lazımdır”

Fərahim RƏHİMOV