“Rusiya qoşunları hazırda Ukrayna ərazisinin demək olar ki, 20 faizinə nəzarət edir” – Zelenskibackend

Rusiya qoşunları hazırda Ukrayna ərazisinin demək olar ki, 20 faizinə nəzarət edir.

“Yeni Gündəm” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Rusiya qoşunları Ukraynanın 3 620 yaşayış məntəqəsinə daxil olub. Onlardan 1 017-si artıq azad edilib, geridə qalan 2 603-ü də azad olunmalıdır. Bu gün ərazimizin təxminən 20 faizi, yəni 125 min kvadrat kilometri işğalçıların nəzarəti altındadır.” deyə dövlət başçısı vurğulayıb.

Zelenski onu da əlavə edib ki, hazırda Ukraynanın 300 min kvadrat kilometrə yaxın ərazisi partlamamış mina və mərmilərlə çirkləndirilib.