Rusiya “Sarmat” raketini uğurla sınaqdan keçirdibackend

Rusiya “Sarmat” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, raket “Plesetsk” kosmodromundan buraxılıb.

Putin artıq bununla əlaqədar hərbçiləri təbrik edib və qeyd edib ki, bu silahın hələ uzun müddət dünyada analoqu olmayacaq.

O, həmçinin əlavə edib ki, “Sarmat” raket sistemi Rusiyanın təhlükəsizliyini təmin edəcək.