Rusiya səfiri BMT Təhlükəsizlik Şurasının iclasını tərk edibbackend

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia Avropa Şurasının sədri Şarl Mişelin ittihamları ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib.

“Yeni Gündəm” xarici mətbuata istinadən xəbər verir ki, Mişel Rusiyanın ərzaq tədarükündən inkişaf etməkdə olan ölkələrə qarşı “silah kimi” istifadə etdiyini bildirib və Rusiyanı ərzaq böhranına səbəb olmaqda ittiham edib.

“Rusiyanın müharibəsinin dramatik nəticələri bütün dünyaya yayılır, ərzaq qiymətlərini artırır, insanları yoxsulluğa sürükləyir və böyük regionlarda sabitliyi pozur. Bu ərzaq böhranına görə yalnız Rusiya məsuliyyət daşıyır”,-Mişel iclasdakı çıxışında deyib.

Bu sözlərdən sonra Nebenzia iclası tərk edib. Görüş otağından çıxarkən Nebenziaya səslənməyə davam edən Mişel, “Otaqdan çıxa bilərsiniz, məncə, həqiqəti dinləməkdən daha asandır” deyib.

Qeyd edək ki, ABŞ-da keçirilən başqa bir toplantıda çıxış edən ABŞ dövlət katibi Entoni Blinken də Rusiyaya qarşı oxşar ittihamlarla çıxış edib.