Rusiya səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.
“Yeni Gundem” rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı diplomatın Xarici İşlər Nazirliyinə çağırılmasına səbəb rəsmi Stokholmun ölkənin alyansa qoşulması prosesinə müdaxilə cəhdi kimi qiymətləndirdiyi bəyanatıdır.
Rusiya səfirliyinin saytında yerləşdirilmiş bəyanatda Rusiya səfiri bildirib ki, NATO-ya üzvlüklə İsveç və Finlandiya Rusiyanın cavab tədbirləri, o cümlədən “hərbi xarakterli” tədbirlər üçün “qanuni hədəflər”dir.
İsveçin xarici işlər naziri Tobias Bilström bildirib ki, Xarici İşlər Nazirliyi Rusiya səfirini “bu açıq-aşkar müdaxilə cəhdinə” etiraz etmək üçün çağırır.
Fərahim Rəhimov