Rusiya Serbiyanı dəstəklədibackend

Kreml Serbiya-Kosova arasında fikir ayrılıqlarında Belqradı dəstəklədiyini bildirib.

“Yeni Gundem” xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov Priştinada Rusiyanın Balkanlarda xaos yaratmaq üçün gərginliyi artırdığına dair ittihamları rədd edərək: “Biz Belqradı görülən tədbirlərlə bağlı dəstəkləyirik”, – deyib.

Peskov Rusiyanın Balkanlarda xaos yaratmaq üçün gərginliyi artırdığına dair ittihamları rədd edib. O, Kosovo məsələsində Serbiyanı dəstəklədiklərini bildirib: “Serbiya suveren ölkədir və burada Rusiyanın dağıdıcı təsirini axtarmaq tamamilə yanlışdır. Serbiya ağır şəraitdə yaşayan serblərin hüquqlarını qoruyur və bu hüquqlar pozulduqda təbii ki, sərt reaksiya verir. Serbiya ilə çox yaxın müttəfiqlik münasibətləri, tarixi və mənəvi əlaqələri olan Rusiya olaraq baş verənləri, serblərin hüquqlarına necə hörmət edildiyini çox diqqətlə izləyir və  təbii ki, görülən tədbirlərdə Belqradı dəstəkləyirik”, – Peskov vurğulayıb.

Fərahim RƏHİMOV