Rus işğalçıları Donetsk vilayətinin Slavyansk şəhərini bombalayıb, itkilər var.
“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak “Telegram”ın şəxsi kanalında məlumat yayıb.
“Rusiya terrorçuları Slavyanski bombalayıblar, şəhərdə ən azı 7 partlayış səsi eşidilib”, – Ermak yazıb.
Onun məlumatına görə, işğalçılar üç beşmərtəbəli evi bombalayıblar. Bir ev qismən dağılıb.
Hazırda bir nəfərin öldüyü, 6 nəfərin yaralandığı məlumdur.