Rusiya sülhməramlılarına məxsus daha 5 təminat avtomobilinin hərəkətinə şərait yaradıldıbackend

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 5 ədəd təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Yeni Gundem” xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin avtomobillər Xankəndindən Laçın istiqamətinə keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.