Rusiya sülhməramlılarının maşını erməni sürücünün avtomobili ilə toqquşdu: 4 ölü – FOTObackend

Bu gün Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının avtomobili Xankəndi-Xocalı avtomobil yolunda ağır qəzaya uğrayıb.

“Yeni Gündəm” xəbər verir ki, polisin məlumatına görə, nəticədə 4 nəfər (qadın) ölüb.

Bildirilib ki, 1992-ci il təvəllüdlü Rusiya sülhməramlısının idarə etdiyi “HAVAL H9” markalı avtomobil, Xocalı rayonunun Dağyurd kəndində məskunlaşan erməninin “VAZ-2107” markalı avtomobili ilə toqquşub.

Qəza nəticəsində “VAZ-2107″nin sürücüsü sağ ağciyərin aşağı nahiyəsinin kəsilmiş-deşilmiş sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Elə həmin avtomoobilin 4 qadın sərnişini isə yerindəcə keçinib.

Unikal

Xocalıda sülhməramlılar erməni avtomobili ilə toqquşdu - 4 ÖLÜ (FOTO)

Xocalıda sülhməramlılar erməni avtomobili ilə toqquşdu - 4 ÖLÜ (FOTO)