Rusiya-Ukrayna müharibəsi: 85 günün statistikasıbackend

Rusiya Ukraynaya qarşı başladığı müharibədə 85 gün (fevralın 24-dən mayın 19-dək) ərzində 28 500 şəxsi heyət üzvlərini, 203 təyyarə, 1254 tank və 595 artilleriya sistemini itirib.

Bu barədə “Yeni Gündəm” Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata istinadən xəbər verir.

Təfərrüatlarlar belədir: Şəxsi heyət – təxminən 28,500 (+200) nəfər, tanklar – 1254 (+3) ədəd, zirehli döyüş maşınları – 3063 (+20) ədəd, artilleriya sistemləri – 595 (+9) ədəd, MLRS – 199 (+0) vahid, hava hücumundan müdafiə sistemləri – 93 (+2) ədəd, təyyarə – 203 (+1) ədəd, helikopterlər – 167 (+0) ədəd, əməliyyat-taktiki təyinatlı İHA-lar – 455 (+14) ədəd, qanadlı raketlər – 103 (+1) ədəd, gəmilər / qayıqlar – 13 (+0) ədəd, avtomobil avadanlığı və tankerlər – 2157 (+20) ədəd, xüsusi avadanlıqlar – 43 (+0). Qeyd edək ki, son sutka ərzində düşmənin ən böyük itkiləri Slavyan, Krivoy Roq və Zaporojye istiqamətlərində qeydə alınıb.