“Rusiya – Ukrayna müharibəsinin Türkiyə üçün də geosiyasi və geoiqtisadi mənada mənfi nəticələri olacaq”backend

“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentlərini iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün Türkiyəyə dəvət edib. Cumhurbaşqanının sözçüsü İbrahim Kalın bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün istənilən rolu oynamağa hazırdır və Cumhurbaşqanı Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apardığı kimi Ukrayna Prezidenti Vladimir Zelenksi ilə danışıqlar aparır. Yaxşı təşəbbüsdür. Əgər Putin və Zelenski gərginliyin azalması üçün vasitəçi axtarırlarsa, görüş üçün ən optimal məkan Türkiyədir”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu qeyd edib ki, Qərb paytaxtlarından fərqli olaraq Ankaranın həm Moskva, həm də Kiyevlə tərəfdaşlıq münasibətləri var: “Rusiya – Ukrayna müharibəsinin Türkiyə üçün də geosiyasi və geoiqtisadi mənada mənfi nəticələri olacaq. Putin və Zelenski Ankarada görüşə bilərlər. Ancaq bu mövcud məsələlərin həlli üçün yetərli deyil. Problem ondadır ki, Rusiya Kırmdan və Donbas separatçılarına dəstəkdən, Kiyev isə öz ərazilərini geri qaytarmaq təşəbbüslərindən əl çəkən deyil. Türkiyənin vasitəçiliyi sadəcə Rusiya-Ukrayna müharibəsini bir müddət gecikdirə bilər. Ancaq bunun özü də kiçik nəticə kimi qiymətləndirilə bilər.