Rusiya Ukraynaya daha 3 raket atdıbackend

Rusiya Ukraynaya 3 raket hücumu həyata keçirib.

“Yeni Gundem” xəbər verir ki,bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda deyilir ki,Rusiya qüvvələri mülki infrastrukturlara, o cümlədən Sumi rayonunun Ulanove kəndinə 55-dən çox hücum həyata keçirib.

Eyni zamanda Ukrayna hərbi hava qüvvələrinin rus əsgər və texnikasının cəmləşdiyi bölgələrə 13 dəfə zərbə endirdiyi də qeyd edilib.

Fərahim Rəhimov