Rusiya və ABŞ-ın Baş Qərargah rəisləri Finlandiyada görüşdübackend

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli ilə görüşüb.

“Yeni Gündəm”-in xəbərinə görə, Finlandiyanın Vanta şəhərində keçirilən görüşdə rusiyalı və amerikalı generallar qarşılıqlı maraq doğuran məsələləri, hərbi fəaliyyət zamanı insidentlərin yaranması risklərinin azaldılmasını müzakirə ediblər.