Rusiya və Aİ Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə etdibackend

Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı olub.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində vəziyyətin gərginləşməsini müzakirə ediblər.

Baş verən silahlı toqquşmalardan narahatlıq ifadə olunub.

Bakı və İrəvanın təmkin nümayiş etdirməsi, bütün problemlərin siyasi və diplomatik üsullarla həll edilməsinin vacibliyi vurğulanıb.