Rusiya və BMT Cenevrədə bir araya gəlirbackend

Cenevrədə Rusiya ilə BMT arasında taxıl sazişi üzrə görüş keçiriləcək.

“Yeni Gundem” xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Martın 13-də Rusiya nümayəndə heyəti ilə BMT-nin yüksək səviyyəli nümayəndələri arasında Cenevrədə məsləhətləşmələrin keçirilməsi planlaşdırılır. Bu görüşdə taxıl sazişi müzakirə ediləcək və qərarlar qəbul ediləcək”, – deyə Zaxarova vurğulayıb.

Fərahim Rəhimov