Rusiya və Ermənistanın müdafiə naziri Qarabağdakı vəziyyəti müzakirə etdibackend

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

“Yeni Gündəm” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ordu generalı Sergey Şoyqu erməni həmkarı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyətin tənzimlənməsini, habelə qarşılıqlı maraqları əks etdirən başqa məsələləri müzakirə ediblər.Report