Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşübbackend

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində Rusiya vətəndaşı olan qadın itkin düşüb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Olqa Sannikova adlı Rusiya vətəndaşı Xankəndində yaşayır. O, mayın 9-da Qarqar çayının sahilində itkin düşüb. Qadının axtarışları hələlik heç bir nəticə verməyib.

//Report