Rusiya “WhatsApp”ı yüksək məbləğdə cərimələdibackend
Rusiya WhatsApp-ı böyük məbləğdə cərimələyib.
“Yeni Gundem” xarici mediaya istinadən xəbər verir ki, Rusiya məhkəməsi WhatsApp-ı qadağan olunmuş məzmunlu söhbət otağını silmədiyinə görə 3 milyon rubl (təxminən 37 min dollar) cərimələməyə qərar verib.
Paytaxt Moskvada məhkəmədə baxılan işdə WhatsApp vasitəsi ilə qeyri-qanuni yolla antidepresan satıldığı müəyyən edilib.
Məhkəmə Rusiyanın müvafiq qurumlarının tələbinə baxmayaraq WhatsApp-ın qrupu silmədiyi üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və məhkəmə WhatsApp-ı 3 milyon rubl cərimələyib.
Belə ki, “WhatsApp” Rusiyada ilk dəfə qadağan olunmuş məzmunu silmədiyi üçün cərimələnib, halbuki şirkət əvvəllər müxtəlif səbəblərdən cərimələnib.