Rusiya XİN-dən Medvedçukla bağlı açıqlamabackend

Dövlətə xəyanətdə şübhəli bilinən ukraynalı siyasətçi Viktor Medvedçukun dəyişdirilməsi imkanları Rusiya hakimiyyəti tərəfindən nəzərdən keçirilmir.

“Yeni Gündəm” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirinin müavini Andrey Rudenko deyib.

Xatırladaq ki, Medvedçuk vətənə xəyanətdə ittiham olunaraq Ukrayna təhlükəsizlik orqanları tərəfindən həbs edilib. Medvedçukun özü isə ona qarşı açılan cinayət işlərini siyasi təqib hesab etdiyini bildirib.