Rusiya XİN-dən Qazaxıstanla bağlı açıqlamabackend

Rusiya Qazaxıstandakı vəziyyəti təhlil etmək üçün Nur-Sultan və onun KTMT üzrə müttəfiqləri ilə sıx məsləhətləşmələri davam etdirəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Rusiya Federasiyası Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən antiterror əməliyyatının keçirilməsini asanlaşdırmaq, istisnasız olaraq bu ölkənin bütün dinc əhalisinin, eləcə də həyati vacib infrastruktur obyektlərinin təhlükəsizliyini, onların blokdan çıxarılmasını və Qazaxıstan hakimiyyətinin nəzarəti altına qaytarılmasını təmin etmək üçün Qazaxıstan tərəfi və KTMT-dəki digər müttəfiqləri ilə sıx məsləhətləşmələri davam etdirəcək”, – deyə Rusiya XİN-in saytında yerləşdirilən bəyanatda vurğulanıb.APA