Rusiya XİN: Lavrov və Çavuşoğlu Ukrayna taxılının limanlardan çıxarılmasını müzakirə edəcəkbackend

Rusiya Xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Ankarada türkiyəli həmkarı Çavuşoğlu ilə baş tutacaq görüşündə Ukrayna taxılının limanlardan çıxarılması məsələsini müzakirə edəcək.

“Yeni Gündəm” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Kremlin sözçüsü Dmitri Peskov Ankarada keçirilən bu görüşün Rusiya və Türkiyə arasında Ukrayna ilə bağlı ən yüksək səviyyəli görüşün davamı olacağını bildirib. Peskov bildirib ki, mina təhlükəsi səbəbindən limanlardan çıxarılması mümkün olmayan Ukrayna taxılının ixracı məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Kiyev öz ərazi sularını dəniz minalarından təmizlədikdən sonra Moskva taxılının limanlardan təhlükəsiz çıxarılmasını təmin etməyə və taxıl gəmilərini beynəlxalq ərazi sularına çatana qədər müşayiət etməyə hazırdır.