Rusiyada COVID-19-a yoluxanların sayı 975 mini keçdibackend

Rusiyada son gündə koronavirus infeksiyası hallarının sayı 4.711 artaraq 975.576-ya çatıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə yeni koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə əməliyyat qərargahında jurnalistlərə məlumat verilib.

Rusiya Federasiyasında gündə koronavirus səbəbindən ölənlərin sayı bir gün əvvəl 115-ə qarşı 121 olub.

Cəmi 16.804 ölüm qeydə alınıb. Bu da ölkədə yoluxanların 1.72% -dir.