Rusiyada daha 54 nəfərdə koronavirus aşkarlandıbackend

Rusiyanın doqquz bölgəsində 54 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

“Yeni Gündəm” “Ria Novosti”yə istinadən xəbər verir ki, bununla Rusiyada koronavirusa yoluxanların ümumi sayı 253-ə çatıb. Bildirilir ki, xəstələr son iki həftə ərzində epidemiyanın geniş yayıldığı ölkələri ziyarət ediblər. Onların əlaqədə olduğu insanlar da müəyyən edilərək tibbi müşahidə altına alınıb.

Qeyd edək ki, dünya üzrə koronavirus xəstəliyindən ölənlərin sayı 10 mini keçib.