Rusiyada iş yerlərinin bağlanması vətəndaşlar üçün daha ağır faciələrə gətirib çıxartdıbackend

Vətənimizi qorumaq üçün Müdafiə Nazirliyinin qismən səfərbərlik təklifinin dəstəklənməsi qərara alınıb. Vurğulayıram ki, söhbət qismən səfərbərlikdən gedir. Yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrin sıralarında, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik hərbi xidmətdə olan vətəndaşları çağırıram. Hərbi xidmətə çağırılanlar xüsusi hərbi əməliyyat təcrübəsi nəzərə alınmaqla, mütləq əlavə hərbi hazırlıq keçəcəklər” bu sözlərin müəllifi Vladimir Putindir.

Cari ilin sentyabrın 21-də Ukrayna ilə müharibəni davam etdirmək üçün qismən səfərbərliyin elan edilməsinin müjdəsini öz xalqına belə vermişdir. Rusiya-Ukrayna müharibəsində rus əsgərlərinin ruhsuzluğunu və miqdarının azaldığından sonra Kreml özünü biabır etməmək üçün bu qərarı atmışdı. Ancaq səfərlərlikdən boyun qaçıranların sayı həddindən artıq çox oldu.Bir sözlə ruslar qocaman liderin bu qərarına etiraz əlaməti olaraq mərkəzi küçələrə axışdılar.Hətta çağırışçılar böyük bir hissəsi Rusiyanı tərk etdi. Bunların qarşısını almaqdan ötrü,həmçinin ehtiyatında olan hərbçilərin səfərbər olunmaması Rusiya hakimiyyətini Federal Təhlükəsizlik Xidmətini (FSB) hərəkətə keçirməyə sövq etdi.
Rusiyanın Ukraynaya təcavüzü günahsız Rusiya vətəndaşlarına getdikcə daha çox təsir edir.Təbəqəsindən aslı olmayaraq hər bir vətəndaş çox ağır problemlerlə üzləşdi. Müharibənin başlamasından sonra Qərbin davamedici sanksiyaları Rusiyalı sahibkarları ac qoydu.Digər tərəfdən iş yerlərinin bağlanması vətəndaşlar üçün daha ağır faciələrə gətirib çıxartdı.

Rusiya vətəndaşlarının yaşadığı yerlərə telefon zənglərinin olduğu, elektron məktubların göndərildiyi, eləcə də FSB müdaxilələrinin olduğu artıq çoxlu hallar var. Səbəb təhlükəsizlik xidmətinin əlində guya bu şəxslərin hökumət əleyhinə nümayişlərdə iştirakına dair sübutların olması, bununla yanaşı onların Ukrayna müharibəsi və Rusiya silahlı qüvvələri ilə bağlı yalan məlumatlar yaymasıdır. Onların məqsədi vətəndaşları hadisənin səbəblərini izah etmək üçün ən yaxın FSB bölmələrinə gəlməyə məcbur etməkdir. Tabe olmadıqları halda iş məhkəməyə verilir. Əslində bu, ehtiyatda olanları səfərbər etməyə və onları Ukrayna cəbhəsinə getməyə məcbur etmək üçün bir bəhanədir.
Rusiya hökuməti İctimaiyyətdə daha böyük qorxu yaratmaq üçün FSB əməliyyatın növbəti mərhələsinə keçərək xəbər yayıb ki, tələb olunan müddətdə ittihamlara aydınlıq gətirilməsə, məlumat dərhal işdən azad edilmələri üçün həmin şəxslərin iş yerlərinə göndəriləcək adlı qərarı verdi.
Eyni zamanda Federasiyada həbslərin əhatəsidə genişlənir.Bir sözlə kütləvi xarakter almağa başlayır.Kampaniya Rusiyanın əksər regionlarında geniş vüsət alıb və bir çox şirkət və qurumların, o cümlədən Transneft, Rosatom, VTB Bank, Rusgeologiya, İqtisadi İnkişaf Nazirliyi və s. əməkdaşlarını əhatə edir. Bu cür vacib qurum və şirkətlərin işçilərinin də artıq bu halları yaşaması, müharibəyə göndərilə biləcək adam sayının dramatik səviyyədə məhdudlaşdığını özü-özlüyündə sübut edir. Rusiya əhalisi etirazlarını sosial şəbəkələrdədə bildirməyə başlayıblar.İnsanların bu tip məlumatları paylaşmağın ağır nəticələrini bilməklərinə baxmayaraq, kampaniya sosial mediada geniş əks-səda doğurdu. Buna misal olaraq, məsələn, Tvitterdə Yevgeni Qaranin (Rosatomun əməkdaşı) oxşar hadisələr barədə məlumat yayıb. Bu əks-səda müxalifət sıralarında, xüsusən də FSB-nin məkrli təxribatından birbaşa danışan Navalnının ətrafında da yüksəlir. Qış istilasının qarşıdakı aylarında könüllülərin və peşəkar əsgərlərin çatışmazlığı səbəbindən məcburi səfərbərlik barədə internetdə məlumatlar yayılır.
Rusiya ordusunda vəziyyətdə ürək açan deyil.Ordu hal hazırda lazımı ehtiyaclardan qıtlıq içində yaşayır. Sibirdən çağırışlar artıq yetərli deyil və Putinin müharibəsi Moskvada, Sankt-Peterburqda qapıları döyməyə başlayıb.Anbarların dəhşətli vəziyyəti ordunun qışa hazır olmadığına dəlalət edir. Qoşunlar üçün uniforma və ya silah kimi əsas avadanlıqlar yoxdur.Krım körpüsündə baş verən qəza, Çeçen müharibəsi zamanı orada baş verən, mənbəyi o qədər də aydın olmayan bombalı hücumlarla oxşarlıq təşkil edir. Baxmayaraq ki, bu qəzada yaşayış binaları yox, infrastruktur zədələndi, Rusiya hökuməti bu hadisələri 2014-cü ilin uğurlu kampaniyasının simvoluna hücum kimi izah etməyə çalışıb, böyük ehtimalla, işğalı davam etdirmək üçün lazım olan dəstəyi artırmağa çalışacaq.

Mənbələr:
twitter.com/emanuel60707873 – Sergey Danilenko – müxalifətçi, ictimai fəal, A.Navalnını dəstəkçisi;
twitter.com/mittalhopiirr – Yevgeni Qaranin – Rosatom əməkdaşı, hakimiyyət tərəfdarı