Rusiyada neft emalı zavodu dronla vurulub, yanğın başlayıbbackend
Rusiyanın Krasnodar vilayətində yerləşən neft emalı zavodu pilotsuz uçuş aparatı ilə vurulub.
Hadisə Kuban dairəsinin Severski rayonundakı “Afipski” neft emalı zavodunda baş verib.
Nəticədə mazut çənlərindən biri yanır. Vilayətin qubernatoru Veniamin Kondratyev məlumatı təsdiq edib.
“Severski rayonunda Afipski neft emalı zavodunun ərazisində yanğın başlayıb. Mazutun distillə edən qurğularından biri yanır. İlkin səbəb PUA-dır. Biz artıq yanğını lokallaşdıra bilmişik. 100 kv.m sahədə yanğın baş verib, tələfat yoxdur”.