Rusiyada pandemiyaya görə oktyabrın 30-dan noyabrın 7-dək iş olmayacaqbackend

Rusiyada oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günü elan edilib.

“Yeni Gündəm”-in məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirusla bağlı vəziyyətə dair hökumətin onlayn formatda iclasında bildirib.

Putin pandemiyaya görə əmək haqqı saxlanılmaqla bir həftə qeyri-iş günü elan edilməsi təklifini dəstəkləyib.