Rusiyada referendum təxirə salına bilərbackend

Rusiyada Konstitusiya dəyişikliklərlə bağlı aprelin 22-də keçirilməsi planlaşdırılan referendumun təxirə salınacağı bildirilir.

“Yeni Gündəm”in verdiyi xəbərə görə, vedomosti.ru saytı Prezident Administrasiyasındakı 3 mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, artıq koronavirus səbəbi ilə referendumun təxirə salınması və iyun ayında keçirilməsi haqda siyasi qərar verilib. Regional hökumətlərə təşviqat hazırlıq işlərinin dayandırılması tapşırılıb.