Rusiyada səfərbərlik elan edilir? – Kremldən açıqlamabackend

Qələbə Günündə Rusiyada ümumi səfərbərlik elan etmək planları ilə bağlı müxtəlif nəşrlərdə yayılan məlumatlara inanmaq olmaz.

“Yeni Gündəm” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, bu xəbərlərin hamısı yalandır və həqiqəti əks etdirmir.

Peskov, həmçinin mayın 9-da Rusiyanın Ukraynaya qarşı müharibə elan etmək ehtimalının olub-olmaması sualını da cavablandırarkən belə bir ehtimalın olmadığını və bunun cəfəngiyat olmasını vurğulayıb.