Rusiyada “səfərbərlik” və “hərbi vəziyyət” anlayışları Cinayət Məcəlləsinə daxil edilirbackend

Rusiya Dövlət Duması Cinayət Məcəlləsinə “səfərbərlik”, “hərbi vəziyyət”, “müharibə vaxtı” və “silahlı münaqişə” anlayışlarının daxil edilməsi, habelə bu dövrlərlə bağlı cinayətlərə görə məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan dəyişikliklərin olduğu qanun layihəsini ikinci və üçüncü oxunuşda təsdiqləyib.

“Yeni Gundem” xəbər verir ki, qanunvericiliyə edilən dəyişikliklərin təşəbbüsü Dövlət Dumasının bütün fraksiyalarının deputatları, həmçinin senatorlar Andrey Klişas və Olqa Kovitidi hazırlayıb.

Qanunvericiliyə edilən dəyişikliklərə görə, çağırış və ya fərarilik üzrə hərbi xidmətə gəlməməyə görə on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.

Belə ki, çağırış və ya fərarilik üzrə hərbi xidmətə gəlməməyə görə on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.

“Səfərbərlik və ya hərbi vəziyyət, müharibə vaxtı və ya silahlı münaqişə şəraitində və ya hərbi əməliyyatların aparılması dövründə hərbi xidmətə çağırış üzrə və ya müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu tərəfindən həmin müddət ərzində özbaşına hərbi hissəni və ya xidmət yerini tərk etmə, habelə üzrlü səbəblər olmadan bir aydan artıq müddətdə xidmətə vaxtında gəlməmə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, – deyə dəyişikliklərin mətnində deyilir.

Həmçinin, müharibə zamanı silahların məhv edilməsinə görə beş ilədək, hərbi vəziyyət zamanı talanlara görə isə 15 ilədək azadlıqdan məhrumetmə cəzasının tətbiqi nəzərdə tutulur.

Bundan əlavə, qanun layihəsinin mətnində qeyd olunub ki, ehtiyatda təlim keçmək üçün çağırılan rusiyalılar müqaviləli əsgərlər və çağırışçılarla bərabər əsasda bu cinayətlərə görə cəzalandırılacaqlar.

APA