Rusiyanın Penza vilayətinin Nijniy Lomov şəhərində fərdi yaşayış evi yanıb.
“Yeni Gündəm” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə zamanı 3-ü uşaq olmaqla 7 nəfər yanaraq dünyasını dəyişib. 100 kvadratmetr sahəsi olan birmərtəbəli ev taxtadan olub.
Yanğının söndürülməsi üçün hadisə yerinə 18 nəfər canlı qüvvə və 6 ədəd texnika cəlb edilib.